KTMT Paşinyana CAVAB VERDİ

  • By admin
  • 11 Yanvar 2023 14:26

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) növbəti təlimlərinin Ermənistanda keçirilməsinin ləğvi ilə bağlı rəsmi İrəvandan bildiriş almayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, rəsmi İrəvan KTMT-yə “Sarsılmaz Qardaşlıq-2023” təlimləri ilə bağlı bildiriş göndərməyib.

“Rəsmi İrəvan daha öncə təlimlərin Ermənistanda keçirilməsinin zəruriliyini təsdiqləyib, onlardan bildiriş yoxdur”, – açıqlamada deyilir.

Qeyd edək ki, ötən gün Ermənistan Baş naziri Nikol Paşinyan mətbuat konfransında ölkəsinin KTMT təlimlərinə ev sahibliyi etməyəcəyini bəyan edib. O qeyd edib ki, Ermənistan hazırkı vəziyyətdə KTMT təlimlərinin keçirilməsini yersiz hesab edir.

Gununsesi.info