Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Katibliyi Ermənistanın Baş naziri Nikol Paşinyanın “France 24” telekanalına açıqlamasına münasibət bildirib.
Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı “RİA Novosti” yayıb.
Bildirilir ki, KTMT Katibliyinə Ermənistanın təşkilatda öz iştirakını dondurması ilə bağlı İrəvandan heç bir məlumat daxil olmayıb:
“Görünür, Paşinyanın ölkənin KTMT-də öz iştirakını dondurması ilə bağlı fikrində söhbət Ermənistanın təşkilatın tədbirlərində iştirak etməməsindən gedir”.
Xatırladaq ki, Paşinyan “France 24”ə müsahibəsində Ermənistanın KTMT-də iştirakını dondurduğunu bildirib. Onu da qeyd edək ki, Ermənistan rəhbərliyi KTMT və Rusiyanı öz öhdəliklərini yerinə yetirməməkdə ittiham edib. Ölkə təşkilatın son vaxtlar keçirilən tədbirlərinə qatılmayıb.
Gununsesi.info