KTMT qüvvələrinin Qazaxıstanda nə vaxtadək qalacağı açıqlandı

  • By admin
  • 09 Yanvar 2022 22:46

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının qoşunları vəziyyət tam sabitləşənə qədər Qazaxıstanda qalacaq”.

Gununsesi.info İnterfax”a istinadən xəbər verir ki, bunu Qazaxıstanda KTMT hərbi kontingentinə rəhbərlik edən Rusiya Hava Desant Qüvvələrinin komandanı, general-polkovnik Andrey Serdyukov bildirib.

“Kollektiv sülhməramlı qüvvələrin bölmələri tərəfindən tapşırıqların yerinə yetirilməsi ölkədə vəziyyət tam sabitləşənə qədər davam edəcək”, – Serdyukov bildirib.

 

Gununsesi.info