KTMT separatçılara hərbi yardım göndərməyəcək

  • By admin
  • 22 Fevral 2022 09:31

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) nizamnaməsi hərbi və ya sülhməramlı qüvvələrin yalnız təşkilata üzv ölkələrin ərazisində istifadəsinə icazə verir və buna görə də KTMT qüvvələrinin “Donetsk və Luqansk Xalq Respublikaları”na (“DNR” və “LNR”) göndərilməsi mümkün deyil.

Gununsesi.info xəbər verir ki, bu barədə Qazaxıstanın baş nazir müavini, xarici işlər naziri Muxtar Tleuberdi bildirib.

“Xeyr, bu mümkün deyil, çünki bildiyiniz kimi, KTMT nizamnaməsi hərbi və ya sülhməramlı qüvvələrin istifadəsini ciddi şəkildə məhdudlaşdırır. Onlar yalnız KTMT məkanında istifadə edilə bilər”,- Qazaxıstan rəsmisi qeyd edib.

Gununsesi.info