“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı qüvvələri tez bir zamanda Qazaxıstandakı təhlükəsizliyi təmin edə biliblər”.
Gununsesi.info xəbər verir ki, bu barədə Qazaxıstandakı KTMT sülhməramlı kontingentinin komandanı general-polkovnik Andrey Serdyukov bildirib.
“Qısa müddət ərzində vətəndaşların təhlükəsizliyini təmin edilib. Qazaxıstanda sülhməramlı əməliyyat uğurla başa çatıb, kontingentə verilən bütün tapşırıqlar yerinə yetirilib. Hərbçilərimiz çiyin-çiyinə qardaş qazax xalqını müdafiə edərək, cinayətkar və terrorçu qrupların Qazaxıstanın konstitusiya quruluşuna və bütövlüyünə qəsd etmələrinə imkan vermədilər”.
Gununsesi.info