Putinin də qatıldığı KTMT toplantısında 15 sənəd imzalandı – Sədrlik Rusiyaya keçdi

  • By admin
  • 28 Noyabr 2019

Qırğızıstan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlət başçılarının Bişkekdə keçirilən sammiti zamanı sədrliyi Rusiyaya verib. 

Gununsesi.org “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov rusiyalı həmkarı Vladimir Putini KTMT sədrliyinə qəbul edilməsi münasibətilə təbrik edib.

“Fürsətdən istifadə edərək Vladimir Vladimiroviçi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Kollektiv Təhlükəsizlik Şurasına sədrlik etməsi münasibətilə təbrik edirəm və ona böyük uğurlar arzulayıram”, – deyə Qırğızıstan Prezidenti bildirib.

 Öz növbəsində Rusiya Prezidenti Qırğızıstanı uğurlu sədrliyi münasibətilə təbrik edib: “Mən əmin olmaq istəyirəm ki, Rusiya tərəfi təşkilatın fikirlərinin davamlılığını təmin edəcək və əməkdaşlıq ruhunda konstruktiv və əsaslı işləri davam etdirəcək”.

Qeyd edək ki, iclasda KTMT ölkələrinin rəhbərləri 15 sənəd imzalayıb. Tərəflər qlobal və regional təhlükəsizliyin gücləndirilməsi məqsədilə beynəlxalq qarşılıqlı əlaqələrin və əməkdaşlığın inkişaf etdirilməsi, həmçinin Tacikistan-Əfqanıstan sərhədində gərginliyin azaldılmasına yönəldilmiş əlavə tədbirlər barədə razılığa gəliblər.