KTMT “Zəngəzur məsələsi”nə NÖQTƏ QOYDU: Müdaxilə edə bilmərik

  • By admin
  • 03 İyul 2021 12:35

Ermənistanın cənubunda Azərbaycanla yeni sərhədin müəyyənləşdirilməsiylə əlaqədar olaraq situasiyanın gərginləşməsi sərhəd insidentidir və KTMT-nin kollektiv müdafiə haqqında nizamnaməsindəki müddəalara müvafiq deyil.

Gununsesi.info Axar.az-a istinadla xəbər verir ki, bunu KTMT Baş katibi Stanislav Zas deyib.

“Anlamaq lazımdır ki, KTMT-nin potensialı yalnız aqressiya, hücum halında işə düşür. Burada sərhəd insidentiylə qarşılaşmışıq. Allaha şükür ki, orada qurbanlar, atışma yoxdur. Bu sərhəd insidentidir, onu həll etmək lazımdır və biz sülh yoluyla həllinə tərəfdarıq”, – deyə o bildirib.

Qeyd edək ki, Ermənistan rəhbərliyi iki ölkə arasında sərhədlərin delimitasiyasi və demarkasiyası prosesində yaranmış gərginlikdən istifadə edərək yenidən Cənubi Qafqazı müharibə ocağına çevirmək istəyir.

Ermənistanda sərhədlərin yenidən müəyyənləşməsi təcavüz kimi qiymətləndirilir və KTMT-nin prosesə müdaxiləsi tələb olunur.

Gununses.info