Kuba Prezidenti: Putin və rus xalqı ilə həmrəyik

  • By arzu
  • 26 İyun 2023 11:10

Kuba Prezidenti Miquel Diaz muzdlu “Vaqner” silahlı qurplarşmasının Rusiya rəhəbərliyinə üsyan başlatmasından sonra Rusiyaya və Putinə dəstəyini açıqlayıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, özünün sosial emdia hesabındakı yazısında Diaz bunları yazıb:

“Rusiyanın bütövlüyü və qanuni nizamının qail olacağına olan inancım tamdır. Ölkədə yaşanan silahlı qiyam və qızışdırılma cəhdləri qarşısında Kuba xalqının və hökumətinin hörmətli Putin və qardaş rus xalqı ilə həmrəy olduğunu açıqlayıram.

Xatırladaq ki, iki gün öncə “Vaqner” silahlı qruplaşması qurucu Yevqni Priqojinin rəhbərliyində Rostov və Voronej şəhərini ələ keçirərək silahlı avtomobil kaarvanları ilə Moskvaya doğru hərəkətlənmişdi. Belarus Prezidenti A. Lukaşenkonun vasitəçiliyi ilə “Vaqner” silahlı üsyan addımından geri çəkilib.

 

Tərcümə: Arzu

Gununsesi.info