Kuba qaranlığa qərq oldu: - Xəstəxanalar Türkiyədən gələn elektrik stansiyaları ilə canlı saxlanılır

Kubanın ən böyük elektrik stansiyalarından biri olan Antonio Guiterasda yaranan nasazlıq səbəbindən ölkə daxilində milyonlarla insan yenidən qaranlığa qərq olub.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, hökumət məktəbləri bağlayarkən, vətəndaşları elektrik enerjisi bərpa olunana qədər evdə qalmağa çağırıb.

Bildirilib ki, Türkiyədən gələn üzən elektrik stansiyası xəstəxanaları və şəhərin bir hissəsini elektrik enerjisi ilə təmin edir.

Kubanın energetika naziri Visente de la O’Levi bəyan edib ki, Antonio Guiteras Elektrik Stansiyası sıradan çıxanda bəzi digər böyük elektrik stansiyaları da təmirdə olub və şəbəkə elektriksiz qalıb.

Qeyd edək ki8, Kubanın elektrik şəbəkəsi yanacaq çatışmazlığı, təbii fəlakətlər və iqtisadi böhran səbəbindən demək olar ki, tamamilə dağılıb. Venesuela, Rusiya və Meksikadan neft idxalının azalması nəticəsində elektrik stansiyaları bu il böhrana düşdü, nəticədə iki ay ərzində ölkə daxilində bir neçə dəfə elektrik enerjisi kəsildi.

Orxan Saffari

Gununsesi.info