
Yanvarın 5-də Azərbaycan Respublikasının Kuba Respublikasına yeni təyin olunmuş səfiri Ruslan Rzayev etimadnamələrin surətini bu ölkənin xarici işlər nazirinin müavini Elio Eduardo Rodriqez Perdomoya (Elio Eduardo Rodríguez Perdomo) təqdim edib.
Gununsesi.info xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Kuba Respublikasındakı Səfirliyi məlumat yayıb.
Görüş zamanı nazir müavini Kuba hökumətinin Azərbaycanın bu ölkədə səfirlik təsis etməklə bağlı qərarını yüksək qiymətləndirdiyini qeyd edərək səfiri yeni təyinatı münasibəti ilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə həmçinin Azərbaycan və Kuba arasında istər ikitərəfli, istərsə də çoxtərəfli formatda, xüsusilə Qoşulmama Hərəkatı çərçivəsində müsbət əməkdaşlığın davam etdirilməsi, bununla yanaşı iqtisadi, tibb, təhsil, turizm və digər sahələrdə əlaqələrin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Gununsesi.info