Gununsesi.info ölkə.az-a istinadən xəbər verir ki, aktrisa Quliyevanın onun həbsxanada vəfat etmiş böyük oğlu Rauf Məmmədov barədə xoşagəlməz ifadələr səsləndirdiyini bildirib:
“Aramızda anlaşılmazlıq yarandı. İlhamə də oğlum Raufla bağlı xoşagəlməz sözlər demişdi. Düşündüm ki, bəlkə sosial şəbəkədə ona cavab yazım.
Ancaq sonradan fikrimdən daşındım. Yazacaqdım ki, sənin oğlun kimi insanların çemodanla gətirdikləri mənim oğlumu zərərli vərdişlərə sövq edir. Yenə də mən ətrafa ziyan vurmasın deyə, evdə saxlayırdım. Ancaq onun oğlunu aeroportda saxlamışdılar”.
Qeyd edək ki, K.Əliyevanın oğlu Rauf Məmmədov 2015-ci ildə həbsxanada vəfat edib.
Mövzuyla bağlı İ.Quliyevanın oğlu Orxan Nadirovun da mövqeyini öyrənməyə çalışacağıq.