Kübra Əliyeva ilə bağlı üzücü xəbər

  • By Günel
  • 17 Sentyabr 2024 18:08

Əməkdar artist Kübra Əliyevanın səhhətində yenidən problem yaranıb.

Gununsesi.info bildirir ki, bu haqda aktrisa “Elgizlə izlə” verilişində deyib. O bildirib ki, fəqərə sümüyündə problem yaranıb:

“13 ildir onkoloji xəstəlikdən xilas olmuşam. Bu aralar çox gəzdim, evdə çox iş gördüm və belim ağrıdı. Getdim xəstəxanaya, pis xəbər gəldi. Dedilər ki, beş fəqərə sümüyün sınıb. Yaxın günlərdə müalicəmə başlayacağam. İnanıram ki, buna da qalib gələcəyəm”./axşam.az

Gununsesi.info