Küçədə məktəbliyə şillə vuran şəxs TUTULDU - VİDEO

Sosial şəbəkələrdə ictimai qaydanı kobud surətdə pozaraq qadınlara qarşı xuliqanlıq hərəkətləri törədən naməlum şəxs müəyyən olunaraq saxlanılıb.

Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, araşdırmalara müəyyən olunub ki, 1993-cü il təvəllüdlü Yasamal rayon sakini Əhməd Hüseynov eyni xarakterli xuliqanlıq hərəkətlərini digər xanımlara qarşı da törədib. O, ilkin ifadəsində törətdiyi əməlləri etiraf edib.

HTML tutorial

İctimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunmasının tərkib əlamətləri olduğundan fakta görə Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin  221-ci (Xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə istintaq hərəkətləri aparılır.

Ə.Hüseynovun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi polis orqanlarına, “102” Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.

Gununsesi.info