Küçədə qalan alimə baş çəkildi -Vəziyyəti yaxşı deyil, ayaqlarında problem var

Qanun Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu və “Əli və Nino” kitab evinin rəhbərliyi Nigar Köçərli küçədə yaşayan alim professor Fazil Qaraoğluna baş çəkib.

 

Gununsesi.info-nun xəbərinə görə, bu barədə Şahbaz Xuduoğlu özünün sosial şəbəkə hesabında yazıb. O, bildirib ki, isti yemək və yorğan-döşək aparıblar.

 

Eyni zaman Nigar Köçərli bu barədə sosial hesabında paylaşım edib.

 

“Gecə yenə getdik professor Fazil Qaraoglunun yanına. Bu gecə qonşunun maşınında gecələyəcək. Otelə gəti şəkildə getmək istəmir, deyir, qutularda əlyazmalarımı buraxmaq istəmirəm. Yorğan və isti paltar apardıq, götürmək istəmirdi…
Vəziyyəti yaxşı deyil, ayağlarında da problem var”.

 

O, bildirib ki, alimə kömək etmək istəyənlər bu hesab kartına vəsait köçürə bilər.

4098584496454826