Küçədə söz atmağa görə 90 avro cərimə tətbiq olunacaq

Küçədə söz atmağa görə 90 avro cərimə tətbiq olunacaq

Fransada küçələrdə nalayiq davranışa yol verən şəxslər 90 avro həcmində cərimələnəcək.

Gununsesi.info xəbər verir ki, bunu ölkə hökumətinin rəsmi nümayəndəsi Benjamen Qrevo elan edib.

Qeyd olunur ki, bu kateqoriyaya əsasən qadınlara sataşmalar və söz atmalar daxil olacaq.

Hökumət rəsmisi bildirib ki, paytaxtda ictimai nəqliyyatdan istifadə edən qadınların 90 faizi həm fiziki, həm də sözlə təcavüzə məruz qaldığını etiraf edib.

Gununsesi.info

COMMENTS