Küçədən tapılan körpə xəstəxanaya yerləşdirildi – Dövlət Komitəsi

Ağcabədidə küçəyə atılan körpənin vəziyyəti normaldır.

Gununsesi.info xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirib.

HTML tutorial

Onun sözlərinə görə, körpə Dövlət Komitəsinin nəzarəti altındadır:“Hazırda körpə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında müayinə olunur, bütün lazımı tədbirlər də görülür”.