Nyu-Yorkda dəhşətli hadisə baş verib.

Gununsesi.org Amerika mətbuatına istinadən xəbər verir ki, Nyu-Yorkun Bruklin adlanan ərazisində küçənin ortasında 20 nəfər məlum olmayan bir səbəblə 15 yaşlı qıza hücum ediblər. Yeniyetmə qızı döyən gənclər qızın mobil telefonu, bank kartı və ayaqqabılarını götürərək qaçıblar.

15 yaşlı qız isə müalicə olunmaq üçün xəstəxanaya aparılıb. Hadisə yerindən qaçan şəxsləri axtaran polis, təhlükəsizlik kamerası ilə lentə alınan görüntüləri yayımlayıb.