Küçədə adam öldürən şəxsin məhkəməsi başlayır

  • By admin
  • 10 Sentyabr 2019 12:42

Bakıda qətl törədən 22 yaşlı gəncin məhkəmə istintaqına start verilir.

Gununsesi.org-un “Qafqazinfo”-ya istinadən verdiyi xəbərə görə, hadisə bu ilin martın 1-də Yasamal rayonu, Xiyabani küçəsində baş verib.

1997-ci il təvəllüdlü Kamil Səttarlı şəxsi münasibətlər zəminində tanışı, 1993-cü il təvəllüdlü Emin Babaverdiyevi üç bıçaq zərbəsi ilə qətlə yetirib.

 Faktla bağlı cinayət işi başlanılıb. K.Səttarlı həbs edilib.

Onun barəsində 6 ay davam edən istintaq artıq yekunlaşıb və iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İşə hakim Səbuhi Hüseynovun sədrliyi ilə baxılacaq.

Gununsesi.org