
Bodrumda konsert verən müğənni Hande Yener açıqlaması ilə yenidən olay yaradıb.
Gununsesi.info-nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, müğənni konsert üçün mini don seçib.
Lakin küləyin onu pis vəziyyətdə qoymaması üçün altdan uzun tuman geyinməyə qərar verib.
44 yaşlı sənətçi səhnədə “Külək ətəyimi qaldırdı, amma nənəmin tumanını geyinmişəm, odur ki, çox rahatam. Yaxşı ki, nənəmin tumanını geyindim, uzun müddət bunu geyinəcəm. Çünki artıq nişanlı qızam, diqqət etmək lazımdır”, – deyə açıqlama verib.
Gununsesi.info