Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib.
Gununsesi.info xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Məlumata əsasən, sarı xəbərdarlığa uyğun olaraq sabah Bakıda və Abşeron yarımadasında, Qobustan, Xızı, Neftçala, Hacıqabulda şimal-şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.