“Küləklə sovrulanlar”ın Melanisi öldü

Məşhur aktrisa, Hollivudun qızıl erasının sonuncu siması Oliviya de Hevillənd vəfat edib.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, 104 yaşlı sənətçi son illər yaşadığı Parisdə dünyasını dəyişib.

Oliviya britaniyalı vəkilin ailəsində anadan olmuşdu. Karyerasına 1930-cu ildə başlayıb. Onun ən məşhur obrazı “Küləklə sovrulanlar” filmindəki Melani olub. Aktrisa iki dəfə “Oskar” mükafatı alıb.

Gununsesi.info