Küləkli hava nə vaxta qədər davam edəcək?

  • By Mina
  • 11 Aprel 2024 10:32

Əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində küləkli hava şəraiti müşahidə olunur. Arabir güclənən şimal-qərb küləyi əsir.

 

Gununsesi.info xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirilib.

 

Qeyd olunub ki, hazırda küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 23 m/s, Altıağacda 22 m/s, Şamaxıda 16 m/s-dək güclənib.

 

Məlumata görə, ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti aprelin 12-si səhərədək davam edəcək.

Gununsesi.info