
Avqustun 15-i gün ərzində paytaxtda arabir güclənən şimal-qərb küləyinin üstünlüyü müşahidə olunacaq.
Gununsesi.info “APA.az”a istinadən xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova məlumat verib.
G. Məmmədovanın sözlərinə görə, Bakı və Abşeron yarımadasında avqustun 16-ı gecə və səhər saatlarında da arabir güclənən şimal-qərb küləyi əsəcək.
O qeyd edib ki, Azərbaycanın rayonlarında avqustun 15-də qərb küləyi arabir güclənəcək.
Qeyd edək ki, ETSN hava şəratinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.
Gununsesi.info