Kuleba Baydenlə Putinin mümkün görüşündən gözləntilərini açıqlayıb

  • By admin
  • 21 Fevral 2022 15:57

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ölkəsinin ABŞ Prezidenti Cozef Baydenlə rusiyalı həmkarı Vladimir Putin arasında keçirilməsi nəzərdə tutulan görüş barədə gözləntilərini açıqlayıb.

Gununsesi.info UNIAN-a istinadən xəbər verir ki, o, jurnalistlərə açıqlamasında deyib:

“Böhranın diplomatik həllinə nail olmaq üçün hər cür səydən istifadə etməyə dəyər. Fikrimcə, heç bir tərəf müharibə istəmir. Ona görə də onların Rusiya qoşunlarının Ukraynadan çıxarılması barədə razılıq əldə edəcəklərinə ümid edirəm”.

Qeyd edək ki, Cozef Baydenlə Vladimir Putin arasında görüşün Rusiya xarici işlər naziri Sergey Larovla ABŞ dövlət katibi Entoni Blinken arasında fevralın 24-də baş tutacaq müzakirədən sonra keçirilməsi gözlənilir.

 

 

Gununsesi.info