Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədə Ukrayna və Rusiya nümayəndə heyətləri arasında keçirilən danışıqlarda düzgün atmosfer yaratdı.
Gununsesi.info xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib.
“Biz Türkiyə prezidentinə göstərdiyi səylərə görə minnətdarıq. Tam səmimi deyirəm ki, onun Ukrayna və Rusiya arasında danışıqlar məsələsinə şəxsən diqqət yetirməsi sayəsində bu danışıqları Belarusdan Türkiyəyə keçirmək mümkün olub. Bu, birmənalı müsbət qərardır. Həmçinin, diplomatik dillə desək, danışıqların özündə düzgün ab-hava yaratdı. Çünki o, danışıqlar başlamazdan əvvəl iştirakçılara müraciət etdi.
Türk diplomatiyasının bu uğurlarını nəzərə alsaq, o, Türkiyədə prezidentlər – Zelenski və Putin arasında görüş təşkil edə bilsə, biz bu təşəbbüsü yalnız alqışlayacağıq”, – deyə nazir bildirib.
Gununsesi.info