Kuleba Lavrovla görüşü haqda: “Sifətini yumruqlamaq istədim”

  • By admin
  • 16 Yanvar 2024 14:02

Ukraynanın xarici işlər naziri Dimitri Kuleba Rusiyanın ölkəsindəki işğalının ilk günlərində atəşkəs danışıqları zamanı rusiyalı həmkarı Sergey Lavrovun sifətini yumruqlamaq istədiyini bildirib.

Gununsesi.info xəbər verir ki, Ukraynalı bloggerə verdiyi müsahibədə Kuleba 2022-ci ildə Antalyada keçirdikləri görüşdən bəhs edib.

“Ən çətin görüşlər odur ki, gedib düşmənin burnuna yumruq vurasan, amma bunu edə bilməzsən. Türkiyədəki görüşlər çox çətin keçdi”, – deyə o bildirib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Kulebanın açıqlamalarına “Ukraynanı Amerika pulu ilə məhv etmək üçün savadsız, aqressiv insanları nazir təyin etdilər” deyə cavab verib.

Rusiyanın 2022-ci ilin fevralında başladığı müharibədən sonra Rusiya və Ukrayna danışıqları mümkün atəşkəs üçün bir neçə dəfə görüşüb. Antalyada Türkiyənin ev sahibliyi etdiyi görüşə Kuleba və Lavrov qatılıb, lakin görüşlərdən heç bir nəticə çıxmayıb.

Gununsesi.info