Kuleba Medvedçukdan danışdı

  • By admin
  • 17 Aprel 2022 20:43

“Həyat uğrunda – Müxalifət Platforması” partiyası siyasi şurasının sədri Viktor Medvedçuk Ukrayna vətəndaşıdır, ona görə də bütün prosessual hüquqlardan istifadə edə biləcək.

Gununsesi.info xəbər verir ki, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib.

“Onun gələcəyi bir tərəfdən hüquqi proses çərçivəsində, digər tərəfdən də siyasi proses çərçivəsində müəyyənləşəcək. Biz heç bir siyasi variantı istisna etmirik. Lakin o, ilk növbədə Ukraynaya qarşı törətdiyi cinayətlərə görə cavab verəcək”, – Kuleba bildirib.

Gununsesi.info