Kuleba: Ruslarla bu halda danışıqlara hazırıq!

  • By admin
  • 10 Aprel 2022 22:30

Buça və ya Kramatorsk kimi ərazilərdə qan tökülməsinin qarşısını almağa kömək edərsə, ruslarla danışıqlara hazırdır.

Gununsesi.info xəbər verir ki, bu barədə xarici işlər naziri Dmitri Kuleba deyib.

“Ukraynaya dəhşətli ziyan vuran bütün bu vəhşilikləri və hərbi cinayətləri törədən və ya onlara haqq qazandıran insanlarla danışıqlar masası arxasında oturmaq haqqında düşünmək belə çox çətindir. Ancaq ruslarla danışıqlar mənə Buça və ya Kramatorsk kimi ərazilərdə ən azı qan tökülməsinin qarşısını almağa kömək edərsə, bu fürsətdən istifadə etməliyəm. Bir insan həyatını, bir kəndi, bir şəhəri məhv olmaqdan xilas etmək imkanım olsa, bu fürsətdən istifadə edəcəm”, – o bildirib.

Gununsesi.info