Külli miqdarda narkotik bitki becərməkdə şübhəli bilinən şəxs saxlanılıb

  • By admin
  • 31 Avqust 2016 10:31

haciqabul narkotik tv.m2p_snapshot_01.47_[2016.08.31_10.16.40]

Hacıqabul rayonunda külli miqdarda narkotik bitki becərməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Gununsesi.info xəbər verir ki, Hacıqabulda İsmət Qayıbov küçəsi, 3 ünvanında yaşayan 1957-ci il təvəllüdlü Ələkbərov Salavat Xanlar oğlunun yaşadığı həyətin istixanasından 114 kol  (hər biri 1,8-2,5 metr hündürlüyündə) çətənə kolları, qurudulmuş marixuana və sənədsiz ov tüfəngi aşkarlanaraq polis əməkdaşları tərəfindən götürülüb. Həmin şəxs saxlanılaraq istintaqa təhvil verilib. Ekspertizanın rəyinə görə çətənə kolları aqrotexniki qaydada qulluq ediləməklə becərilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.X. Ələkbərov əvvəllər quldurluq cinayəti törətdiyinə görə Rusiya Federasiyasında məhkumluq həyatı (4,5 il) yaşadığı bildirilir.

haciqabul narkotik tv.m2p_snapshot_00.56_[2016.08.31_10.16.26]

haciqabul narkotik tv.m2p_snapshot_00.26_[2016.08.31_10.16.15]

Gununsesi.info