Bakı Baş Gömrük İdarəsinin (BBGİ) əməkdaşları ölkə ərazisinə qeyri-qanuni yollarla gətirilən, mülki dövriyyəsi məhdudlaşdırılan, istifadəsi yüksək səs-küylə müşayiət olunan və insan sağlamlığına mənfi təsir göstərən külli miqdarda pirotexniki malları dövriyyədən çıxarıblar.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Gununsesi.info-ya bildirilib ki, BBGİ əməkdaşları Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində əməliyyat tədbirləri keçiriblər.
Nəticədə, ticarət mərkəzinin ərazisində 27 min 719 ədəd pirotexniki vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info