Külli miqdarda siqaretin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alındı

  • By admin
  • 02 Avqust 2016 15:01

gomruk

 

Gömrük əməkdaşları külli miqdarda siqaretin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Gununsesi.info-ya bildirilib ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən, Sankt-Peterburq-Lənkəran aviareysilə gələn Azərbaycan Respublikasının vətəndaşı yüklərini rentgen aparatına qoyub oradan keçərkən saxlanılıb və yoxlama otağına dəvət olunub. Yoxlama zamanı, vətəndaşa məxsus üç ədəd çantanın içərisindən əvvəlcədən gömrük orqanına şifahi, elektron və ya yazılı formada bəyan edilməyən, Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 3 adda, ümumilikdə 40 min ədəd siqaret aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info