Küllü miqdarda siqaret aşkarlandı

  • By admin
  • 01 Fevral 2017 13:43

siqaret
Biləsuvar Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə İran İslam Respublikasından Azərbaycan Respublikasına yük avtomobilində qaçaqmalçılıq yolu ilə tütün məmulatının gətiriləcəyi barədə məlumat daxil olub.

Dövlət Gömrük Komitəsindən Gununsesi.info-ya verilən məlumata görə, idarənin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına yüksüz vəziyyətdə gələn və Azərbaycan vətəndaşının idarə etdiyi “MAZ” markalı yük avtomobili əsaslı şəkildə yoxlanılıb.

Yoxlama nəticəsində, avtomobilin müxtəlif hissələrində malların aşkar edilməsini çətinləşdirən üsuldan istifadə etməklə, gömrük nəzarətindən gizlədilmiş cəmi 8000 ədəd “Manchester” adlı siqaret aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Anar

Gununsesi.info