Kultivasiya yolu ilə narkotik bitkilər yetişdirən şəxs saxlanılıb

  • By admin
  • 10 Avqust 2017 13:20

cetenek1

Kultivasiya yolu ilə yetişdirilən 10 ədəd çətənə kolu və 22 qr marixuana aşkar edilərək götürülüb.

Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Tovuz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qovlar şəhər sakini Kərim Kərimova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilən 10 ədəd çətənə kolu, evinə baxış zamanı 22 qram marixuana aşkar edilərək götürülüb.

Anar

Gununsesi.info