Kultivasiya yolu ilə yetişdirilən 7 ədəd çətənə kolu və 1,71 kq marixuana aşkar edilərək götürülüb.
Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini Faiq Məhərrəmova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilən 7 ədəd çətənə kolu və 1 kiloqram 710 qram marixuana aşkar edilərək götürülüb.
Anar
Gununsesi.info