Kultivasiya yolu ilə yetişdirilən çətənə kolu və marixuana aşkar edilib

  • By admin
  • 07 İyul 2017 11:12

cetenek1

Kultivasiya yolu ilə yetişdirilən 21 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının daxil olan əməliyyat məlumatı əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Saray qəsəbə sakini Məzahir Quliyevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilən 21 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Bundan başqa, Kürdəmir Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan əməliyyat məlumatı əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Şıxımlı kənd sakini, əvvəllər məhkum olunmuş Ziya Səmədova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilən 28 ədəd çətənə kolu və 430 qram marixuana aşkar edilərək götürülüb.

Anar

Gununsesi.info