Ötən gecə Yasamal rayonunda kürəkən qayınatasını və həyat yoldaşını bıçaqlayıb.
Gununsesi.info xəbər verir ki, Yasamal rayonunda ata ilə qızı bıçaqlanıb. Hadisə rayonun Bünyadzadə küçəsi ev 11 mənzil 23 dəbaşverib. Həmin ünvanda yaşayan 55 yaşlı İlqar Niyazoğlu İsmayılov və qızı 22 yaşlı Nəsibə İsmayılova bıçaqlanıb. Yaralılar xəstəxanaya gətirilib. Qarın nahiyəsindən bıçaqlanan İlqar İsmayılov əməliyyat olunub.Nəsibə İsmayılovanın vəziyyəti qənaətbəxş olduğundan ambulator müalicəyə buraxılıb.Hadisə barədə məlumat alan 29-cu polis bölməsinin əməkdaşları araşdırmalara başlayıb. Polisə ifadə verən Nəsibə İsmayılova sözlərinə görə, onu və atasını həyat yoldaşı bıçaqlayıb.Hazırda polis əməkdaşları Nəsibə İsmayılovanın həyat yoldaşının yerini müəyyənləşdirir.
Faktla əlaqədar cinayət işi başlanıb.
Gununsesi.info