“Kür çayında balıq tapmaq mümkün deyil” - NAQİF HƏMZƏYEV

  • By admin
  • 01 Fevral 2022 19:36

Deputat Naqif Həmzəyev isə “Ovçuluq haqqında” qanuna yenidən baxılmasını təklif edib

Gununses.info xəbər verir ki, bu gün Milli Məclisin yaz sessiyası çərçivəsində keçirilən ilk plenar iclasında deputat Naqif Həmzəyev deyib:

“Bu gün Kür çayında balıq tapmaq mümkün deyil. Qanunsuz balıq ovu ilə məşğul olan dəstələr var, partlayıcılar ilə balıq ovlayırlar. Digər tərəfdən, əcnəbilərin ölkədə qanunsuz ovla məşğul olmasına görə cərimələr çox aşağıdır”.
Gununses.info