
9 gün əvvəl Kürdə batan uşağın meyiti tapılıb.
Gununsesi.info Lent.az-a istinadən xəbər verir ki, böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, sentyabrın 6-da Kür çayının Yevlax rayonu ərazisindən keçən hissəsində batdığı ehtimal edilən 2011-ci il təvəllüdlü Hətəmzadə Orxan Fəxrəddin oğlunun axtarışları başa çatıb. O.Hətəmzadənin cəsədi sentyabrın 15-də Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 14:10-da başa çatıb.
Gununsesi.info