Kür çayında batmış gəncin meyiti tapılıb

  • By ilhame
  • 18 İyul 2024 21:23

İki gün öncə Kür çayının Zərdab rayonundan keçən hissəsində batmış 17 yaşlı gəncin meyiti tapılıb.

 

Gununsesi.info xəbər verir ki, 2006-cı təvəllüdlü rayonun Alı Mustafayev küçəsinin sakini Məmmədəliyev S.-in cəsədi batdığı ərazidən təqribən 200 metr aralıda tapılaraq sudan çıxarılıb və aidiyyatı üzrə təhvil verilib.

 

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info