
Kür çayının sahilində naməlum kişi meyiti tapılıb. Gununsesi.info xəbər verir ki, hadisə Sabirabad rayonunun Şıx Salahlı kəndində qeydə alınıb. Belə ki, Kür çayının həmin kəndin ərazisindən keçən hissəsində naməlum kişi meyiti aşkarlanıb. Məlumat daxil olan kimi hadisə yerinə dərhal hüquq-mühafizə orqanı əməkdaşları gəlib.
Hazırda meyiti tapılan şəxsin kimliyinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. Meyit daxili və xarici müayinə olunmaq üçün Şirvan şəhər morquna təhvil verilib.
Gununsesi.info