Kürdə 16 yaşlı gənc batdı

  • By admin
  • 05 İyul 2022 20:43

Kür çayının Qazax rayonu ərazisindən keçən hissəsində 16 yaşlı gənc batıb.

Bu barədə Gununsesi.info-ya  Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

HTML tutorial

“112” qaynar telefon xəttinə Kür çayının Qazax rayonu, Yuxarı Salahlı kəndi ərazisindən keçən hissəsində 2006-cı il təvəllüdlü Eldar Cəmaləddin oğlu Quliyevin batması barədə məlumat daxil olub.

FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Gununsesi.info