Sabirabadda Kür çayında batan 20 yaşlı qızın meyiti tapılıb.
Gununsesi.info Fövqəladə Hallar Nazirliyinin saytına istinadan xəbər verir ki, sentyabrın 13-də Kür çayının Sabirabad rayonu, Narlıq kəndi ərazisindən keçən hissəsində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 30 km aralı, nəzarətsiz ərazidə) batmış 1996-cı il təvəllüdlü Sevanə Polad qızı Qəhrəmanovanın cəsədi batdığı yerdən 10 km aralıda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Əməliyyat saat 09:12-də başa çatıb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Anar
Gununsesi.info