Kürdə batan 19 yaşlı oğlanın cəsədi tapılıb

  • By admin
  • 14 Avqust 2017 10:12

bogul

Avqustun 13-də Kür çayının Samux rayonu, Qırmızı Samux qəsəbəsi ərazisindən keçən hissəsində batmış, 1998-ci il təvəllüdlü Əsədov İsmayıl Yolçu oğlunun cəsədi tapılıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Gununsesi.info-ya verilən məlumata görə, cəsəd nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb.

Əməliyyat saat 08:10-da başa çatıb.

Anar

Gununsesi.info