Kürdə bir nəfər batıb

Kür çayının Neftçala rayonu, Bankə qəsəbəsi ərazisindən keçən hissəsində 1 nəfər batıb.

Gununsesi.info xəbər verir ki, bu haqda FHN məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Əlavə məlumat veriləcək.