Kürdə suyun səviyyəsi açıqlandı

  • By admin
  • 31 İyul 2017 12:24

kur
Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 40-50, Kiçik Qafqazın çaylarında 10-50, Lənkəran-Astara bölgəsi və Naxçıvan MR çaylarında isə 40 faizini təşkil edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Gununsesi.info-ya verdiyi məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda məntəqədə su sərfi 68 m3/s olmaqla ongünlük normanın 44 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 96 m3/s olmaqla ongünlük normanın 63 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 6 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 13 m3/s olmaqla, ongünlük normanın 15 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 98 m3/s təşkil edərək ongünlük normanın 113 faizinə bərabər olub.

İyulun 31-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra və Şirvan məntəqəsində 4, Araz çayının Novruzlu məntəqəsində 1 sm azalma, Salyanda 3, Bankədə 15 sm artım qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 346 sm (2016-cı il iyulun 31-də 372 sm), Şirvanda 203 sm, Salyanda 136 sm (2016-cı il iyulun 31-də 145 sm), Bankədə 196 sm (2016-cı il iyulun 31-də 181 sm), Araz çayının Novruzlu məntəqəsində isə 50 sm (2016-cı il iyulun 31-də 83 sm) təşkil edir.

Anar
Gununsesi.info