Yağan leysan xarakterli intensiv yağışlar nəticəsində Balakən-Şəki bölgəsi çaylarında suyun səviyyəsində artım müşahidə olunub.
Gununsesi.info-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-110, Kiçik Qafqazın çaylarında 40-160, Lənkəran-Astara bölgəsi çaylarında isə 30-40 faizini təşkil edir.
Mayın 12-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 512 m3/s olmaqla ongünlük normanın 68 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 353 m3/s olmaqla ongünlük normanın 47 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 44 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 190 m3/s olmaqla, ongünlük normanın 94 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 184 m3/s təşkil edərək ongünlük normanın 91 faizinə bərabər olub.
Mayın 12-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 7, Şirvanda 2, Araz çayının Novruzlu məntəqəsində 1 sm azalma, Salyanda 11, Bankədə 15 sm artım qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 361 sm (2016-cı il mayın 12-də 434 sm), Şirvanda 239 sm, Salyanda 156 sm (2016-cı il mayın 12-də 277 sm), Bankədə 195 sm (2016-cı il mayın 12-də 219 sm), Araz çayının Novruzlu məntəqəsində isə 80 sm (2016-cı il mayın 12-də 160 sm) təşkil edir.
Anar
Gununsesi.info