Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Noyabr 2017
BE ÇA Ç CA C Ş B
« Okt    
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

XƏBƏR LENTİ

21 Noyabr 2017

17 İyul 2017 - 13:02

Kürdə suyun səviyyəsi azalıb

kur

Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 60-70, Kiçik Qafqazın çaylarında 20-80, Lənkəran-Astara bölgəsi çaylarında 50, Naxçıvan MR çaylarında isə 60 faizini təşkil edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Gununsesi.info-ya verdiyi məlumata görə, iyulun 17-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 8 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 67 m3/s olmaqla ongünlük normanın 32 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 195 m3/s olmaqla ongünlük normanın 94 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 67 m3/s olmaqla, ongünlük normanın 60 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 124 m3/s təşkil edərək ongünlük normanın 111 faizinə bərabər olub.

Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Şirvan məntəqəsində 2, Salyanda 4, Araz çayının Novruzlu məntəqəsində 1 sm artım, Surrada 2 sm azalma qeydə alınıb, Bankədə isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 323 sm (2016-cı il iyulun 17-də 356 sm), Şirvanda 173 sm, Salyanda 90 sm (2016-cı il iyulun 17-də 120 sm), Bankədə 171 sm (2016-cı il iyulun 17-də 185 sm), Araz çayının Novruzlu məntəqəsində isə 43 sm (2016-cı il iyulun 17-də 48 sm) təşkil edir.

Anar

Gununsesi.info





loading...