
Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-110, Kiçik Qafqazın çaylarında 30-90, Lənkəran-Astara bölgəsi çaylarında 10-40 və Naxçıvan MR çaylarında isə 140 faizini təşkil edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Gununsesi.info-ya verdiyi məlumata görə, sentyabrın 11-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 60 m3/s olmaqla ongünlük normanın 43 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 121 m3/s olmaqla ongünlük normanın 87 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 10,5 m3/s olmaqla, ongünlük normanın 12 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 31 m3/s təşkil edərək ongünlük normanın 34 faizinə bərabər olub.
Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində 1, Salyanda 3, Araz çayının Novruzlu məntəqəsində 2 sm artım, Şirvanda 4 sm azalma qeydə alınıb, Bankədə isə suyun səviyyəsində dəyişiklik müaşhidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 325 sm (2016-cı il sentyabrın 11-də 424 sm), Şirvanda 209 sm, Salyanda 140 sm (2016-cı il sentyabrın 11-də 262 sm), Bankədə 177 sm (2016-cı il sentyabrın 11-də 219 sm), Araz çayının Novruzlu məntəqəsində isə 62 sm (2016-cı il sentyabrın 11-də 152 sm) təşkil edir.
Anar
Gununsesi.info