Kürdə suyun səviyyəsi niyə azalır?

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Azərbaycanın əsas şirin su mənbəyi olan Kürdə suyun səviyyəsinin kəskin şəkildə azalmasına münasibət bildirib.

Qurumdan bildirilib ki, Kür çayının aşağı axımını qidalandıran ölkədaxili çaylarda suyun həcmi azalıb:

“Bu da Kür çayınının aşağı axımında suyun səviyyəsinə təsir edib. Bunu nəzərə alaraq Mingəçevir su anbarından buraxılan suyun həcmi saniyədə 80 kub kilometr artırılıb. Yaxın bir neçə gün ərzində vəziyyət yenidən sabitləşəcək”.

Agentlikdən qeyd edilib ki, Mingəçevir su anbarında kifayət qədər su ehtiyatları toplanılıb.

Gununsesi.info