Kürdəmir rayon sakini güllələnib.
Gununsesi.info-nun APA-ya istinadən xəbərinə görə, hadisə bu gün saat 11:00 radələrində rayonun Sovla kəndində baş verib. Kənd sakini Anar Şirməmməd oğlu Xəlilov güllə yarası ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və orada ölüb.
İlkin məlumata görə, hadisə ehtiyatsızlıq nəticəsində baş verib.
Həmkəndlisi Saleh Məhəmməd oğlu Tağıyevlə ova gedən A. Xəlilov onun ehtiyatsızlıq nəticəsində açdığı atəş nəticəsində xəsarət alıb.
S. Tağıyev saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info